TAHİR GÖZƏL: "FİORENTİNA"YA QALİB GƏLMƏLİYİK"

TAHİR GÖZƏL: "FİORENTİNA"YA QALİB GƏLMƏLİYİK"
Futbol
25 Noyabr 2016 - 01:42
Supersport.Az-ın məlumatına görə, "Slovan"la matçdan sonra "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl fikirlərini bildirib:

"İkinci qoldan sonra komanda sındı. Ondan sonra oyunda dönüş yarada bilmədik. Bu gün ən yaxşı "Qarabağ"ı görmədim. Qapımıza təyin olunan penalti ruhumuzu sındırdı. "Slovan" təsadüfi qələbə qazanmadı. Bizdən gözəl oynadılar. Düzdür futbolçularımız əllərindən gələni etdilər, amma bu ən yaxşı "Qarabağ" deyildi.

"Fiorentina"nın məğlub olmağından da xəbərim var. Çox çətin olacaq. Son oyunda İtaliya klubuna mütləq qalib gəlməliyik. "Fiorentina" çox güclü komandadır. Bizi çox çətin mübarizə gözləyir. Amma bu futboldur. Həmişə ümidliyik, "Qarabağ"ımıza inanırıq. Komandanın arxasındayıq. Sona qədər mübarizə aparmalıyıq".

Digər xəbərlər