BEYL "EL KLASSİKO"DA OYNAMAYA BİLƏR

BEYL "EL KLASSİKO"DA OYNAMAYA BİLƏR
Futbol
23 Noyabr 2016 - 12:59


Madridin "Real” klubu ciddi itki ilə üzləşib.

Supersport.Az xəbər verir ki, "kral klubu”nun aparıcı futbolçusu Qaret Beyl Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində baş  tutan "Sportinq” – "Real” matçı zədələnib və qarşılaşmanı davam etdirə bilməyib.

Madridlilərin baş məşqçisi Beylin erkən sağalacağına və "El-Klasiko"da oynayacağına ümid etdiyini bildirib: "Beylin touq  nahiyəsində problem var. Bu gün keçiriləcək müayinədən sonra onun durumu haqda məlumat verə bilərəm. Ümid edirəm ki, Beyl "Barselona” ilə oyunda komandamıza kömək edə biləcək”.

Qeyd edək ki, "Barselona" - "Real" görüşü dekabrın 3-ü keçiriləcək.

Digər xəbərlər