GÜLƏŞÇİMİZİN OLİMPİYA MEDALI ONA VERİLDİ

GÜLƏŞÇİMİZİN OLİMPİYA MEDALI ONA VERİLDİ
Digər, Güləş
21 Noyabr 2016 - 14:14


2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testinin təkrar analizi müsbət nəticə verən güləşçimiz Vitali Rəhimovun qazandığı gümüş medalın yeni sahibi müəyyənləşib.Supersport.Az-ın Dünya Güləş Birliyinin rəsmi saytına istinadən yaydığı xəbərə görə, gümüş medal onun yarımfinalda məğlub etdiyi  Nurbaxıt Tengizbayevə (Qazaxıstan) verilib.

Qərara əsasən, Tengizbayevin olimpiada vaxtı əldə etdiyi bürünc medal onun 3-cü yer uğrunda görüşdə qalib gəldiyi  Tszyan Şenə (Çin) çatıb.

Digər xəbərlər