Voleybolçu qadınlar arasında Azərbaycan Super Liqasının “Lokomotiv” – “Azərreyl” görüşü təxirə salınıb.
Supersport.Az-ın məlumatına görə, buna “Lokomotiv” klubunun gənc qız voleybolçularının Naxçıvan Gənclər və İdman Nazirliyinin təşkil etdiyi yarışda iştirakı səbəb olub.
Görüş noyabrın 19-da keçirilməli idi. Oyunun yeni tarixi hələ açıqlanmır.