"QARABAĞ" AVROPANIN 100 ƏN GÜCLÜ KLUBU SIRASINDA

"QARABAĞ" AVROPANIN 100 ƏN GÜCLÜ KLUBU SIRASINDA
Futbol
04 Noyabr 2016 - 12:26


Dünən Avropa Liqasının qrup mərhələsinin IV turunda PAOK-u 1:0 hesabı ilə məğlub edən "Qarabağ"ın UEFA klubların reytinq cədvəlində mövqeyi dəyişib.

Supersport.Az-ın məlumatına görə, Ağdam təmsilçisi  13 pillə irəliləyərək 18.050 xalla 99-cu yerdə qərarlaşıb.

"Qarabağ" bununla da ilk "100-lük"də qərarlaşan ilk Azərbaycan klubu olub.

Digər xəbərlər