GÜLƏŞÇİLƏRİMİZ DAĞISTANDA DÖVLƏT XADİMİNİN MÜKAFATI UĞRUNDA YARIŞACAQ

GÜLƏŞÇİLƏRİMİZ DAĞISTANDA DÖVLƏT XADİMİNİN MÜKAFATI UĞRUNDA YARIŞACAQ
Digər, Güləş
28 Oktyabr 2016 - 12:35
29-30 oktyabr 2016-cı il tarixdə Dağıstan Respublikasının Buynak rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək. Supersport.Az xəbər verir ki, turnirdə sərbəst güləş üzrə yığma komandanın bəzi üzvləri iştirak edəcək.

Yığma komandanın məşqçisi Siracuddin Eldarovun rəhbərliyi altında qonşu respublikada 8 güləşçimiz mübarizə aparacaq.

Yarışda ölkəmizi Qurban Qurbanov, Əhmədnəbi Qvarzatilov (hər ikisi 65 kq), Məhəmmədəmin Salovatov, Məhəmməd Abdullayev (hər ikisi 74 kq), Məhəmməd Abdulxaliqov (86 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (97 kq), Umar İsrailov və Həmzətxan İsrapilov (hər ikisi 125 kq) təmsil edəcək.

Digər xəbərlər