ƏZİZ YILDIRIM QƏZƏBLƏNDİ - FOTOSESSİYA

ƏZİZ YILDIRIM QƏZƏBLƏNDİ - FOTOSESSİYA
Futbol, Foto
25 Oktyabr 2016 - 11:05










Türkiyə superliqasının 8-ci turunda keçirilən "Konyaspor" - "Fənərbağça" oyununda (0:1) gərgin anlar yaşanıb.

Supersport.Az-ın Türkiyə KİV-nə istinadən yaydığı xəbərə görə, Emenikenin penaltildən vurduğu qoldan sonra azarkeşlər qarşılaşmanı tribunadan izləyən "Fənərbağça"nın ehtiyat və U-21 komandanın oyunçularına  etirazını bildirib və onlara kənar əşyalar atıb.

Qarşılaşmanı stadiondan izləyən "Fənərbağça"nın prezidenti Əzil Yıldırım və nümayəndələr oturduqları yerdən qalxaraq bu duruma müdaxilə edib.

Ə.Yıldırım tribunada çətin anlar yaşayan oyunçulara əli ilə yanına çağırıb. Ancaq  onun bu hərəkəti azarkeşlər tərəfindən fərqli başa düşülüb.

Onlar bu dəfə Ə.Yıldırım və nümayəndələrin yanına gedərək onlara etirazlarını bildiriblər. Polisin müdaxiləsi ilə azarkeşlər sakitləşdirilib.







































Digər xəbərlər