BEZOTOSNI TARİXƏ DÜŞDÜ

BEZOTOSNI TARİXƏ DÜŞDÜ
Futbol
17 Oktyabr 2016 - 18:12


“Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı Azərbaycan çempionatları tarixinə düşüb.

Supersport.Az-ın məlumatına görə, ukraynalı qolkiper qapısını ən uzun müddət toxunulmaz saxlayan 10 əlcək sahibinin siyahısına daxil olub.

Topaz Premyer Liqasında 915 dəqiqə qol buraxmayan Dmitri 1992-ci ildən keçirilən ölkə çempionatlarının 24 illik tarixində 7-ci nəticəyə imza atıb.

Sonuncu dəfə ötən mövsümün XXXIV turunun mayın 11-də keçirilən “Qarabağ”a qarşı matçın (0:2) 32-ci dəqiqəsində Dani Kintananın qoluna məyus olan Bezotosnı ardıcıl 9 quru oyun keçirib. Ötən mövsümün son 2 və cari mövsümün ilk 7 oyununda qapısında qol görməyən legioner VIII turun “İnter”lə görüşündə seriyasının qırılmasına üzülüb. Matçın 47 dəqiqəsini qapısını toxunulmaz saxlamaqla seriyanı 915-ə çatdıran qolkiper Ağabala Ramazanovun 48-ci dəqiqədəki zərbəsi qarşısında aciz qalıb.

Azərbaycan çempionatlarının 7-cisi olan Bezotosnı “Qəbələ”nin rekordçusu Pavel Doroşevdən 37 dəqiqə geri qalmaqla, klubun 2-ci göstəricisinə imza atıb. Ukraynalı Nizami Sadıqova məxsus rekordun 191 dəqiqəliyində dayanıb.

 

Azərbaycan çempionatlarının 10 ən uzun quru seriyası

1. Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə

2. Xalidu Sissoko (Seneqal, “Bakı”) – 985 dəqiqə

3. Xalidu Sissoko (Seneqal, “Bakı”) – 971 dəqiqə

4. Camaləddin Əliyev (“Qarabağ”) – 958 dəqiqə

5. Pavel Doroşev (Latviya, “Qəbələ”) – 952 dəqiqə

6. Elxan Həsənov (“Neftçi”) – 943 dəqiqə

7. Dmitri Bezotosnı (Ukrayna, “Qəbələ”) - 915 dəqiqə

8. Boyan Pavloviç (“Qarabağ”) – 828 dəqiqə

9. Dmitri Kramarenko (“Karvan”) – 798 dəqiqə

10. Dmitri Kramarenko (“Neftçi”) – 772 dəqiqə

Digər xəbərlər