KUBOKDA İLK 1/8 FİNALÇILAR MƏLUM OLDU

KUBOKDA İLK 1/8 FİNALÇILAR MƏLUM OLDU
Futbol
12 Oktyabr 2016 - 16:39
Azərbaycan kubokunda yeni mövsümə start verilib.

Supersport.Az-ın məlumatına görə, 1/16 final mərhələsində 2 oyun keçirilib.

“Turan Tovuz” “Bakılı”nı,  “Qaradağ Lökbatan” isə “Şəmkir”i məğlub edərək 1/8 finala vəsiqə qazanıb.

Qeyd edək ki, "Turan Tovuz" 1/8 finalda “Zirə”, "Qaradağ Lökbatan"  isə “İnter”lə üz-üzə gələcək.


12 oktyabr

Azərbaycan kuboku

1/16 final

14:00. “Turan Tovuz”  - “Bakılı” - 4:0
Qollar:
Rəhman Musayev, 27, 61, 68, Tuqay Alhüseynli, 71
Tovuz şəhər stadionu

14:00.
“Şəmkir” – “Qaradağ Lökbatan” - 1:2
Qollar: Rüfət Məmmədov, 42 (0:1), Şahin Baleljae, 44 (1:1), Bəxtiyar Soltanov, 90 (1:2)
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu

Digər xəbərlər