"ÖZÜMÜ ÖLDÜRSƏYDİM, 14 NƏFƏRDƏN ÇOX FUTBOLÇU OYNAYA BİLMƏZDİ" - VİDEO

"ÖZÜMÜ ÖLDÜRSƏYDİM, 14 NƏFƏRDƏN ÇOX FUTBOLÇU OYNAYA BİLMƏZDİ" - VİDEO
Futbol, Video
03 Oktyabr 2016 - 08:13
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ı məğlub eədn "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.


- Oyundan əvvəl necə idiniz və hazırda necəsiniz?

- Kifayət qədər yaxşı idim. Oyundan sonra da beləyəm. Məni xüsusi ilə o sevindirdi ki, gözəl oynadıq. Uşaqlar yaxşı oynadılar.

- Bu qələbə sizi Ukraynaya aparmır?

- Xeyr, ailəmlə Qəbələdə istirahət edəcəyik.

- "Qəbələ" hazırda yüksəlişdədir. Fasiləni vaxtsız hesab etmirsiniz?

- Bizim qrafikimiz çox sıx idi. Bu fasilədən özümüz üçün yaralanmalıyıq.

- Dabo və Uiks fiziki cəhətdən hazırlıqlı görünmürlər. Onlar bir hissəlik futbolçulardır?

- Dabo 60 metr məsafəni qət edib qol vurmuşdu. Düşünmürəm ki, bizdə hazırlıqsız futbolçu var. Sadəcə, hamısı inkişaf etməlidir.

- Petar Franyiç bu gün oynamadı. Ondan narazısız yoxsa ona ehtiyac olmadı?

- Bu gün özümü öldürsəydim belə, 14 nəfərdən çox futbolçu oynaya bilməzdi. Kim hazırdısa, o oynayır. Bizim öz yanaşmamız var.

- Əgər legioner limiti olmasaydı, azərbaycanlı futbolçunu meydana buraxardınız?

- (Gülür) Son avrokubok görüşündə 3 azərbaycanlı futbolçuya etimad göstərdim. Biz oyunçuların pasportuna baxmırıq. Kim hazırdırsa, ona da şans veririk. Bizim öz yanaşmamız var. Bu gün protokola diqqətlə baxsanız, haqlı olduğumu düşünəcəksiniz. Hər iki komandanın heyətində həm yerli, həm də legioner futbolçular var.

- Bir çox futbolçular sizin dönəminizdə parlayıb. Dabo sizi ilk məşqdə əsəbləşdirmişdi, Ruslan Qurbanov indi daha inamlı oynayır və.s. Sizin sehrli çubuğunuz var, yoxsa onlarla yaxından söhbət edirsiniz?

- Bizim xüsusi proqramımız yoxdur. Elə futbolçu var ki, ona çox zaman lazım olur.

- Hazırki "Qəbələ" sizin futbol fəsləfənizi nə dərəcədə nümayiş etdirir?

- Belə deməzdim. Gərək ideal olasan, bu da mümkün deyil. İlk hissədə yaxşı oynadıq, çox xoşuma gəldi. İdeal olmaq üçün çox işləməliyik.

- Azərbaycanda hansısa futbolçudan nəsə öyrənmisiniz?

- Əlbəttə ki, öyrənirik. Futbolçularla danışıram, ünsiyyət qururam. Hər şeyi müzakirə edirik.

- Teo Uiks çox sərt oynayır. Onunla söhbət etmisiniz?

- Uiksin Avropa Liqasındakı qırmızı vərəqəsinə görə söhbət etmişik. Təəssüf ki, qısa müddətdə bunu dəyişə bilmir, amma çalışır. Uiks üzərində çox çalışıb və inkişaf edir.

Digər xəbərlər