"ÇAMSULVARAYEVİN İŞİD-Çİ OLDUĞUNU BİLMİRDİK" - GÜLƏŞ FEDERASİYASI

"ÇAMSULVARAYEVİN İŞİD-Çİ OLDUĞUNU BİLMİRDİK" - GÜLƏŞ FEDERASİYASI
Digər, Güləş
29 Sentyabr 2016 - 13:06
Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mayis Musayev  Supersport.Az-a bildirib ki, Çamsulvarayev 2010-cu ildən idman karyerasına son qoyub.

“Çamsulvarayev 2010-cu ildən idmandan uzaqlaşıb. Həmin vaxtdan onun haqqında məlumat ala bilmirdik. Federasiyanın təlim-məşq toplantılarında da iştirak etmirdi. Düşünürdük ki, yəqin idmandan uzaqlaşıb, şəxsi işlə məşğuldur. Çamsulvarayevin İŞİD-ə qoşulmasından xəbərimiz olmayıb. O, millidə olan zaman digər idmançılar kimi məşq edir, yarışlara hazırlaşırdı. Onun İŞİD-ə qoşulmasını bu gün mətbuat vasitəsilə öyrəndik”.

Qeyd edək ki, Çamsulvarayev İraqa getdikdən sonra adını dəyişib və “Al Bara” adını götürüb. Çamsulvarayevin öldürülməsini Britaniyanın IHS Analitik Mərkəzinin eksperti Coanna Paraşuk təsdiqləyib.

Məlumatda deyilir ki, Çamsulvara Dağıstandan olan başqa bir yaraqlı, “Əbu Zeyd” ləqəbli Məhəmməd Əhmədovla birgə öldürülüb.

Sərbəst güləş yığmamızın sabiq üzvü Çamsulvara Çamsulvarayev 2007-ci ildə Bakıda keçirilən Dünya çempionatında bürünc medal qazanıb. 2009-cu ildə keçirilən Dünya çempionatında isə gümüş medalın sahibi olub. Yığmamızın sabiq üzvü 2009-cu ildə keçirilən Avropa çempionatının qızıl mükafatını qazanıb. Həmçinin Avropa çempionatının 3 dəfə bürünc mükafatçısı olub.

Digər xəbərlər