"QARABAĞ"DAN ZƏDƏLİ FUTBOLÇULARLA BAĞLI AÇIQLAMA

"QARABAĞ"DAN ZƏDƏLİ FUTBOLÇULARLA BAĞLI AÇIQLAMA
Futbol
22 Sentyabr 2016 - 14:12


Premyer Liqanın V turunda “Zirə” ilə qarşılaşmada (2:0) zədələnərək matçı yarımçıq tərk edən "Qarabağ"ın futbolçuları Muarem Muarem və  Əfran İsmayılovun vəziyyətinə aydınlıq gəlib.

Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, hər iki oyunçunun zədəsinin ciddi olmadığı müəyyənləşib. Onlar dünəndən etibarən komanda ilə məşqdə iştirak ediblər.

Komandanın digər zədəli futbolçusu Bədavi Hüseynov da fərdi məşqləri yekunlaşdıraraq kollektivlə çalışmalara başlayıb.

Digər xəbərlər