"BİZİM ÜÇÜN YENİ DÜNYA ÇEMPİONATI BAŞLAYIR"

"BİZİM ÜÇÜN YENİ DÜNYA ÇEMPİONATI BAŞLAYIR"
Futzal
19 Sentyabr 2016 - 10:33
Futzal üzrə dünya çempionatının final mərhələsində keçirilmiş Azərbaycan – İran oyunundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bildirib.

Milton Luis Ziller Junior (Azərbaycan millisinin baş məşqçisi):

“Çətin oyun olacağını bilirdik və buna hazırlaşmışdıq. Artıq irəliyə doğru vacib addım ataraq 1/8 final mərhələsinə vəsiqə qazanmışıq. İndi toparlanmalı və dünya çempionatında çıxışımızı davam etdirmək barədə düşünməliyik. Diqqətimizi daha çox Tayland yığmasının keçirdiyi oyunları təhlil etməyə yönəltməliyik. Belə demək mümkünsə, bizim üçün yeni dünya çempionatı başlayır”.

Seyed Nazemalsharieh (İran millisinin baş məşqçisi):

“Düşünürəm ki, fərqli və bir o qədər də çətin oldu. Əlbəttə, qələbə qazanmaq və qrup mərhələsini ikinci pillədə başa vurmaq istəyirdik. Qalib gələcəyimizi inanırdıq. Bunun üçün meydana beşinci oyunçunu da buraxdıq. Erkən qollar vursaq da, çoxsaylı şanslarımız olsa da, hesabı qoruya bilmədik. Oyunun axarını öz xeyrimizə dəyişməyi bacarmadıq. Artıq növbəti oyuna yaxşı hazırlaşmaq barədə düşünməliyik. Bu gün futzal adına yaxşı oyunun şahidi olduq”.

Digər xəbərlər