"QARABAĞ" UEFA REYTİNQİNDƏ NEÇƏNCİDİR?

"QARABAĞ" UEFA REYTİNQİNDƏ NEÇƏNCİDİR?
Futbol
17 Sentyabr 2016 - 20:06
Supersport.Az-ın məlumatına görə, UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb.

Siyahıda Avropa Liqasının qrup mərhələsində mübarizə aparan dördqat Azərbaycan çempionu "Qarabağ" 14,850 xalla 115-ci yerdə qərarlaşıb.

"Neftçi" 9,600 xalla 156-cı, "Qəbələ" 7,600 xalla 179-cudur.

"İnter"in (5,850 xal) 220-ci, "Xəzər Lənkəran" (4,350 xal) 282-cidir. Digər komandalarımızdan "Kəpəz" (3,850) 304-cü, "Bakı" (3,600) 313-cüdür.

Qeyd edək ki, İspaniya "Real"ının (146,714) başçılıq etdiyi siyahıda "Bayern" (Almaniya) 136,756 xalla 2-ci, "Barselona" (İspaniya) 131,714 xalla 3-cü pillədə qərarlaşıb.

Digər xəbərlər