"QARABAĞ" - "SLOVAN": BİLETLƏR SATIŞA ÇIXARILIR

"QARABAĞ" - "SLOVAN": BİLETLƏR SATIŞA ÇIXARILIR
Futbol
12 Sentyabr 2016 - 23:12
UEFA Avropa Liqasının  qrup mərhələsinin ilk matçında sentyabrın 15-i "Qarabağ" Çexiyanın "Slovan" klubunu qəbul edəcək. Bu qarşılaşmanın biletləri sabah saat 11:00-dan etibarən Respublika stadionunun kassalarında satışda olacaq.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1, 10 və 20 AZN, VİP biletlər isə 50 AZN-dir.

Qeyd edək ki, "Qarabağ" – "Slovan" matçı sentyabrın 15-i saat 19:00-da "Dalğa Arena"da baş tutacaq.

Qarşılaşmaya olan böyük maraq səbəbindən mümkün ola biləcək  "qara bazar"ın fəaliyyətinin qarşısını almaq üçün "Qarabağ" Futbol Klubu azarkeşlərindən biletləri ən qısa müddətdə almağı və kənar şəxslər sizdən bilet almağı tələb edərsə, o zaman mühafizə xidmətimizə xəbər verməyi xahiş edir.

Digər xəbərlər