İBRAHİMOVİÇDƏN QEYRİ-ADİ ADDIM: BRAVOYA MƏKTUB YAZDI - VİDEO

İBRAHİMOVİÇDƏN QEYRİ-ADİ ADDIM: BRAVOYA MƏKTUB YAZDI - VİDEO
Futbol, Video
07 Sentyabr 2016 - 21:04
“Mançester Yuneyted”in yeni transferi Zlatan İbrahimoviç bu həftə “Mançester Siti”yə qarşı keçiriləcək derbiyə diqqət çəkmək üçün maraqlı addım atıb.

Supersport.Az-ın xəbərinə görə, özünün rəsmi İnstagram səhifəsi vasitəsində yayımlanan videoda İbra bir neçə məşq formasını ayrı-ayrı bağlamalara yığaraq onu “Mançester Siti”nin qapıçısı Klaudio Bravoya göndərir.
“Mançesterə xoş gəldin. Bu bağlamaların içində məşq üçün bəzi əşyalar var. Bu, sənə lazım olacaq. Şənbə günü görüşənədək!” – deyə İbrahimoviç paylaşdığı videonun şərhində yazıb.


 

 

 

 

 

Digər xəbərlər