"KƏPƏZ" AZARKEŞLƏRİ NAZİRDƏN CAVAB GÖZLƏYİR - ŞƏKİLLƏR

"KƏPƏZ" AZARKEŞLƏRİ NAZİRDƏN CAVAB GÖZLƏYİR - ŞƏKİLLƏR
Futbol
19 Avqust 2016 - 11:50
Supersport.Az-ın məlumatına görə, Gəncə şəhər stadionunun vəziyyəti ürəkaçan deyil.

Bu səbəbdən Premyer Liqada iştirak edən "Kəpəz" klubunun azarkeşləri gənclər və idman naziri Azad Rəhimovun ünvanına məktub göndəriblər. Fanatlar nazirdən idman qurğusunun beynəlxalq standartlara uyğun qurulmasını xahiş edilər. Müraciətdən iki həftə müddət keçib və azarkeşlər ümid edirlər ki, cənab Rəhimov onların istəyinə müsbət cavab verəcək.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin balansında olan 56 illik tarixə malik Gəncə şəhər stadionunun iki əsas problemi mövcuddur. İdman qurğusunda kreslolar və işıqlandırma sistemi quraşdırılmasına ehtiyac var. Projektorlar olmadığından komanda isti hava şəraitində oynamağa məcbur olur ki, bu da futbolçuları ölüm təhlükəsi ilə üz-üzə qoyur. Yeni kresloların az olması azarkeşlərin stadion axın etməsınə maneçilik törədir. İdman qurğusu 25 min nəfərlik tutuma malikdir.

image

imageimageimageimageimage

 

Digər xəbərlər