AZƏRBAYCAN OLİMPİADADA ÜÇÜNCÜ MEDALI QAZANDI

AZƏRBAYCAN OLİMPİADADA ÜÇÜNCÜ MEDALI QAZANDI
Olimpiya, Rio-2016, Boks
15 Avqust 2016 - 23:57
Rio-2016 Yay Olimpiya Oyunlarının boks yarışları davam edir.

Supersport.Az-ın məlumatına görə, Azərbaycan millisinin iki boksçusu rinqi qalib tərk edib.

Dünya çempionu Elvin Məmişzadə (52 kq) Rioda debüt qarşılaşması zamanı 1/8 finalda Oljas Sattibayevi hər üç raundda məğlub edərək, 1/4 finala vəsiqə qazanıb. Məmişzadə bu mərhələdəki görüşünü avqustun 17-də keçirəcək. Onun rəqibi özbəkistanlı Şaxobidin Zairov olacaq.

İlk iki döyüşündə Zao Minqqanqla (Çin) Artyom Çebotaryovu (Rusiya) mübarizədən kənarlaşdıran Kamran Şahsuvarlı (75 kq) artıq bürünc medalı özünə təmin edib. 26 yaşlı boksçumuz 1/4 final çərçivəsində qazaxıstanlı Janıbek Alimxanuli ilə üz-üzə gəlib. Rəqibinə 2:1 hesabı ilə qalib gələn Kamran, həm yarımfinala yüksəlib, həm də minimum bürünc medalı təmin edib. Bu, Azərbaycan yığmasının Rio Olimpiadasında qazandığı üçüncü medaldır.

İdmançımız yarımfinalda Kuba təmsilçisi Arlen Lopezlə qarşılaşacaq. Bu döyüş avqustun 18-də, saat 22:00-da start götürəcək.

 

 

Digər xəbərlər