RİO-2016: OLEQ STEPKO 22-Cİ OLDU

RİO-2016: OLEQ STEPKO 22-Cİ OLDU
Olimpiya, Rio-2016, Digər
11 Avqust 2016 - 07:00


Rio-2016 Yay Olimpiya Oyunlarında idman gimnasitikası yarışlarında kişilər arasında çoxnövçülük üzrə final mübarizəsi başlayıb. Supersport.Az saytının məlumatına görə, Azərbaycanı bu növdə təmsil edən Oleq Stepko da medallar uğrunda yarışıb.

Gimnastımız bütün növlərdə çıxışını başa vurub. O, halqa ilə hərəkətlərdə 14.533, dayaqla tullanmada 14.916, paralel qollarda, 13.800, turnik üzərində hərəkətlərdə 10.466, sərbəst hərəkətlərdə 12.666, gimnastika atında isə 13.100 bal toplayıb.

 

Stepko çoxnövçülük yarışlarını 79.081 balla 22-ci pillədə başa vurub.

 

Qeyd edək ki, həlledici mərhələyə 24 idmançı qatılıb.

Digər xəbərlər