RUSLAN ABIŞOV ÜÇÜN ƏLAMƏTDAR GÜN

RUSLAN ABIŞOV ÜÇÜN ƏLAMƏTDAR GÜN
Futbol
08 Avqust 2016 - 12:30


Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov Premyer Liqanın 2016/17 mövsümünün ilk dublunun müəllifi olub.

Supersport.Az xəbər verir ki, görə, 29 yaşlı müdafiəçi I turun “İnter” – “Qarabağ” oyununun ikinci hissəsində 2 qol vuraraq, komandasına qələbə qazandırıb – 2:1.

Bu, Abışovun Premyer Liqa karyerasında ilk dublu olub. Bu matçadək yüksək liqada 176 oyun keçirən futbolçu heç vaxt bir görüşdə 2 dəfə fərqlənməmişdi. Ölkə çempionatlarında 12 qol vuran Ruslan bu topları 12 müxtəlif qarşılaşmada rəqib qapısından keçirmişdi. Abışov karyerasında 4-cü klubun heyətində çempionatda qol sevinci yaşayıb. 2 qol vurduğu “İnter”ədək “Neftçi”də 7 dəfə fərqlənən arxa xətt oyunçusu “Xəzər Lənkəran”da 1, “Qəbələ’”də 4 dəfə rəqib qapısına yol tapıb.

Abışovun “Qarabağ”ın qapısından keçirdiyi 2-ci top “İnter”in öz meydanında vurduğu yubiley – 350-ci top olub. 232-ci ev oyununda buna nail olan bakılılar evdə 139 top buraxıb.

Digər xəbərlər