"İNTER" "QARABAĞ"DAN QORXMUR" - FOTO

"İNTER" "QARABAĞ"DAN QORXMUR" - FOTO
Futbol, Layihə, AFFA yanında Media Komitəsi
07 Avqust 2016 - 15:55
Azərbaycanın yubiley - 25-ci futbol çempionatına  start verildi.

Turun mərkəzi oyunu bu gün "İnter" və "Qarabağ" komandaları arasında olacaq. Matçın "Azersun Arena"da təşkili gözlənilsə də, Ağdam klubu stadionunda yeniləmə işləriylə bağlı görüşün səfərdə keçirilməsinə nail oldu.

10 YENİ FUTBOLÇU

DSC09693

"İnter" çempionata hazırlığa Türkiyədə başladı və bir sıra yoxlama oyunlarında qüvvəsini sınadı. Paytaxt klubu transfer baxımından mühüm addımlar atdı. İnter heyətinə 10 yeni futbolçu cəlb etdi. Komandada ilk tur ərəfəsində hər hansı itki yoxdur.

SADIQOV, MEDVEDEV OYNAYACAQ

Qarabağa gəlincə, əvvəlcə Avstriyada təlim-məşq toplanışı keçirdi. Azərbaycan çempionu Çempionlar Liqasında məğlub olmadan mübarizəni dayandırıb və Avroliqanın pley-off mərhələsində yarışacaq.

"İnter"lə oyun ərəfəsində "Qarabağ"ın aparıcı üzvlərindən Rəşad Sadıqov və Maksim Medvedev zədəli halda məşq edib. Buna baxmayaraq, hər iki futbolçu qarşılaşmada iştirak edəcək.

STATİSTİKA NƏ DEYİR?

Bu iki komandanın qarşılaşmalarında üstün tərəf "Qarabağ"dır. 47 oyunun 21-də son çempion qalib gəlib, 16 oyunda heç-heçə qeydə alınıb, 10 görüş isə paytaxt klubunun xeyrinə başa çatıb.

"Qarabağ" 5 oyundur qol vurur. "İnter" ötən mövsüm 6 matçın heç birində qələbə qazana bilməyib.

"İnter" (Bakı) - "Qarabağ" (Ağdam) – 47 oyun, -10=16 +21, top fərqi 29-53














































































































































































































































12.03.2000Xəzər Universiteti (Bakı) - Qarabağ (Ağdam)0:0
20.05.2000Qarabağ (Ağdam) - Xəzər Universiteti (Bakı)2:0
16.09.2000Qarabağ (Ağdam) - Xəzər Universiteti (Bakı)3:0
31.03.2001Xəzər Universiteti (Bakı) - Qarabağ (Ağdam)0:0
08.09.2001Xəzər Universiteti (Bakı) - Qarabağ-Azərsun (Ağdam)1:2
01.12.2001Qarabağ-Azərsun (Ağdam) - Xəzər Universiteti (Bakı)1:2
23.03.2002Xəzər Universiteti (Bakı) - Qarabağ-Azərsun (Ağdam)1:1
15.06.2003Qarabağ-Azərsun (Ağdam) - Xəzər Universiteti (Bakı)3:1
16.11.2003Xəzər Universiteti (Bakı) - Qarabağ-Azərsun (Ağdam)0:2
06.11.2004Qarabağ (Ağdam) - İnter (Bakı)3:1
12.04.2005İnter (Bakı) - Qarabağ (Ağdam)1:0
29.10.2005İnter (Bakı) - Qarabağ (Ağdam)2:0
16.04.2006Qarabağ (Ağdam) - İnter (Bakı)1:0
26.11.2006Qarabağ (Ağdam) - İnter (Bakı)0:1
18.05.2007İnter (Bakı) - Qarabağ (Ağdam)1:0
28.10.2007Qarabağ (Ağdam) - İnter (Bakı)0:1
19.04.2008İnter (Bakı) - Qarabağ (Ağdam)1:0
15.11.2008İnter (Bakı) - Qarabağ (Ağdam)1:1
03.05.2009Qarabağ (Ağdam) - İnter (Bakı)1:1
07.11.2009İnter (Bakı) - Qarabağ (Ağdam)2:1
17.02.2010Qarabağ (Ağdam) - İnter (Bakı)1:1
27.03.2010Qarabağ (Ağdam) - İnter (Bakı)1:1
01.05.2010İnter (Bakı) - Qarabağ (Ağdam)0:1
11.09.2010İnter (Bakı) - Qarabağ (Ağdam)1:0
04.12.2010Qarabağ (Ağdam) - İnter (Bakı)1:0
12.03.2011İnter (Bakı) - Qarabağ (Ağdam)0:2
24.04.2011Qarabağ (Ağdam) - İnter (Bakı)1:0
14.08.2011Qarabağ (Ağdam) - İnter (Bakı)1:0
20.11.2011İnter (Bakı) - Qarabağ (Ağdam)0:0
07.04.2012İnter (Bakı) - Qarabağ (Ağdam)1:1
05.05.2012Qarabağ (Ağdam) - İnter (Bakı)1:0
05.08.2012İnter (Bakı) - Qarabağ (Ağdam)1:1
03.03.2013Qarabağ (Ağdam) - İnter (Bakı)0:0
13.04.2013Qarabağ (Ağdam) - İnter (Bakı)3:2
09.05.2013İnter (Bakı) - Qarabağ (Ağdam)0:0
04.08.2013İnter (Bakı) - Qarabağ (Ağdam)1:2
20.12.2013Qarabağ (Ağdam) - İnter (Bakı)2:0
16.03.2014İnter (Bakı) - Qarabağ (Ağdam)0:3
07.05.2014Qarabağ (Ağdam) - İnter (Bakı)4:1
16.08.2014Qarabağ (Ağdam) - İnter (Bakı)0:0
29.10.2014İnter (Bakı) - Qarabağ (Ağdam)0:0
02.04.2015Qarabağ (Ağdam) - İnter (Bakı)0:0
22.05.2015İnter (Bakı) - Qarabağ (Ağdam)2:1
04.10.2015İnter (Bakı) - Qarabağ (Ağdam)0:2
06.12.2015Qarabağ (Ağdam) - İnter (Bakı)1:0
27.02.2016İnter (Bakı) - Qarabağ (Ağdam)1:1
22.04.2016Qarabağ (Ağdam) - İnter (Bakı)2:0

"QƏLƏBƏ QAZANSALAR, QƏHRƏMAN OLACAQLAR"

"Qarabağ"la oyun ərəfəsində "İnter"in məşqini klubun prezdenti Rəşad Qasımov da izləyib.

DSC09659

Baş məşqçi Zaur Svanadze komandasının durumunu dəyərləndirib, rəqibdən qorxmadıqlarını bildirib.

DSC09726

Onun sözlərinə görə, bu mövsüm məqsəd Avrokuboklara vəsiqə qazanmaqdır:

"Əsas hədəf çempion olmaqdır. Minimum vəzifə isə Avrokuboklara vəsiqə qazanmaqdır.

Komandamıza çox sayda yerli futbolçular da çox cəlb olunub və onlar özlərini yaxşı tərəfdən göstərməlidirlər. Yarışın gedişi futbolçuların necə hazır olduğunu göstərəcək".

"Qarabağ"la oyun ərəfəsində "İnter"də hər hansı psixoloji təzyiq olmadığını deyən paytaxt təmsilçinin məşqçisi qeyd edib ki, futbolçular qələbə qazansa, qəhrəman olacaqlar:

"Avrokuboklarda iştirak edən "Qarabağ"ın futbolçuları yüksək səviyyədə hazırlığa malikdir. Bu komandaya qalib gəlsək, oyunçularımız qəhrəmanlıq edəcək. Məğlubiyyət olacağı təqdirdə isə, yaddan çıxarmayaq ki, rəqib güclü komandadır. Bu oyun "İnter" üçün ciddi sınaq olacaq. Buna baxmayaraq, rəqibdən qorxmuruq".

DSC09719

KLUBLARA MƏNFİ TƏSİR

Çempionatın səviyyəsi haqda danışan gürcü mütəxəssis, klubların ziyanına olan məqamı qabardıb:

"Çempionatda 10 komanda ilə mübarizə davam etsəydi, yaxşı olardı. Ancaq 8 klubla da yarışın çox gərgin keçəcəyini düşünürəm. İstərdim ki, milli komandanın hazırlığı zamanı çempionatda fasilə müddəti çox olmasın. Bu, klublara mənfi təsir göstərir".

"İnter"in məşqçsinin fikrincə, daha yaxşı mübarizə aparmaq və yüksək nəticə göstərməklə azarkeşlərin stadionlara axınına nail olmaq mümkündür.

"ÇƏTİNDİR, AMMA ƏLİMİZDƏN GƏLƏNİ EDƏCƏYİK"

ruslanab

Paytaxt klubunun yeni transferi Ruslan Abışov uğur qazanacaqlarına ümid edir:

"Oyuna ciddi hazırlaşmışıq. "Qarabağ"la qarşılaşmanın çətin olacağını yaxşı bilirik. Bununla belə rəqibdən çəkinmirik və əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq".

VÜQAR NADİROV: "RƏQİBƏ YUXARIDAN AŞAĞI BAXMIRIQ"

vuqar2

Ötən mövsümü "İnter"də keçirən "Qarabağ"ın hücumçusu Vüqar Nadirov oyuna ciddi hazırlaşdıqlarını deyib.

O, Çempionlar Liqası ilə vidalaşmağa baxmayaraq, komandada vəziyyətin yaxşı olduğunu söyləyib:

"Təəssüf ki, Çempionlar Liqasında mübarizəni dayandırdıq. İndi komandamızda durum yaxşıdır. Heç nəyə fikir vermirik. Həm çempionata, həm də Avroliqaya ciddi hazırlaşırıq".

"İnter"lə oyunda "Qarabağ" favorit sayılsa da, 29 yaşlı futbolçu rəqibə hörmətlə yanaşdıqlarını qeyd edib:

"İnter"də çox dəyişiklik olub, heyətə yeni futbolçular cəlb olunub. Heç bir komandaya yuxarıdan aşağı baxmırıq. Əks halda, uğursuzluqla üzləşərik. Altı ay "İnter"də çıxış etmişəm. Bu komandaya hörmətlə yanaşırıq. Biz meydana çıxıb öz oyunumuzu göstərib qələbə qazanmalıyıq".

Hücumçu, oyuna hazır olduğunu da vurğulayıb:

"Çox istərdim ki, bu qarşılaşmada mübarizə aparım, oyuna hazıram. Əvəzedicilərin heyətində iştirak etdim, 2:0 hesabı ilə qalib gəldik. İki-üç qol imkanım olsa da, vura bilmədim. İnanıram ki, növbəti oyunlarda fərqlənəcəyəm".

Süleyman Kərimov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

 

Digər xəbərlər