BOKSDA DEBÜT UĞURSUZ ALINDI

BOKSDA DEBÜT UĞURSUZ ALINDI
Olimpiya, Rio-2016, Boks
07 Avqust 2016 - 11:27
Supersport.Az-ın məlumatına görə, Rio-2016-da kişi boksçuların yarışlarının ilk günü ölkəmiz üçün uğursuz olub.

Olimpiadaya tam heyətlə yollanan yığmamızın heyətində Rüfət Hüseynov zəif çıxış edib. Belə ki, 49 kq çəki dərəcəsində rinqə çıxan həmvətənimiz namibiyalı Matias Hamunyelaya uduzub. Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında çempionu, böyüklər arasında isə Avropa çempionatının bürünc mükafatçısı olan Hüseynov görüşü məğlubiyyətlə başa vurub - 28:29, 28:29, 27:30.

Digər xəbərlər