RİO-2016: CÜDO ÜÇÜN PÜŞK ATILDI
Olimpiya, Rio-2016, Digər, Cüdo
05 Avqust 2016 - 09:09
Bu gün Rioda start götürəcək XXXI Yay Olimpiya Oyunlarının cüdo yarışlarının püşkü atılıb. Supersport.Az saytının məlumatına görə, püşkün nəticəsinə əsasən Azərbaycan yığmasının üzvləri də rəqiblərini tanıyıblar.
Cüdoçularımızın bəxtinə kifayət qədər çətin rəqiblər düşüb. Belə ki, Avropa Oyunlarında bayraqdarımız olan Elmar Qasımov startdaca rusiyalı Olimpiya və dünya çempionu Taqir Xaybillayevlə üz-üzə gələcək. Məmmədəli Mehdiyev isə şimal qonşularımızın digər titullu idmançısı Kirill Denisova rəqib olub. Avropa Oyunlarının qalibi, qitə çempionu və dünya ikincisi ilə döyüşün heç də asan keçəcəyi gözlənilmir.
Püşkün nəticəsi
60 kq
Orxan Səfərov - Xuan Postiqos (Peru)
66 kq
Nicat Şıxəlizadə - Suqoi Uriarte (İspaniya)
73 kq
Rüstəm Orucov – Faye Nije (Qambiya)/Didar Həmzə (Qazaxıstan) cütünün qalibi
90 kq
Məmmədəli Mehdiyev – Kirill Denisov (Rusiya)
100 kq
Elmar Qasımov (100 kq) – Taqir Xaybullayev (Rusiya)
+100 kq
Uşanqi Kokauri (+100 kq) – Arturs Nikiforenko (Latviya)
Qeyd edək ki, cüdoçularımızın hamısının ilk döyüşü 1/16 finala təsadüf edəcək.