"NEFTÇİ" "ŞUŞA"NI SINAĞA ÇƏKDİ

"NEFTÇİ" "ŞUŞA"NI SINAĞA ÇƏKDİ
Futbol
31 İyul 2016 - 11:08
Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində "Neftçi" AZAL-la keçiriləcək oyuna hazırlığı davam etdirir. Komanda hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. "Şuşa" klubu ilə İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutmuş görüşdə "Neftçi" 6:3 hesablı qələbə qazanıb. Komandanın heyətində Fəhmin Muradbəyli "dubl"a imza atıb. Araz Abdullayev, Murad Ağayev, Orxan Qurbanlı və Aqşin Qurbanlı isə hərəyə bir dəfə fərqləniblər.

Digər xəbərlər