60 MİLYONLUQ AZƏRBAYCANLI FUTBOLÇU KRİŞTİANO RONALDONUN KLUBUNDA

60 MİLYONLUQ AZƏRBAYCANLI FUTBOLÇU KRİŞTİANO RONALDONUN KLUBUNDA
Futbol
25 İyul 2016 - 16:53
budaq

Supersport.Az-ın məlumatına görə, Azərbaycanın daha bir futbolçusu karyerasını Portuqaliyada davam etdirəcək.

Ötən mövsümü "Kəpəz"də keçirən gənc yarımmüdafiəçi Budaq Nəsirov Lissabonun "Sportinq" klubu ilə müqavilə imzalayıb. Nəsirov 5 il boyunca bu klubun uğurları üçün çalışacaq. Portuqaliya klubu azərbaycanlı futbolçunun transfer qiymətini 60 milyon avro müəyyənləşdirib. Yəni, gələcəkdə Budaq Nəsirovu heyətində görmək istəyən klub bu məbləği ödəməlidir. 

2015-2016-cı illər mövsümündə "Sportinq" Primerada 2-ci yeri tutub. Bu klub dünyaya Luiş Fiqu və Kriştiano Ronaldo kimi ulduz futbolçular bəxş edib.

"Sportinq" Budaq Nəsirova peşəkar karyerasında uğurlar arzulayıb. 

Xatırladaq ki, bir neçə həftə əvvəl Elnur Cəfərov Portuqaliyanın digər klubu olan "Tondela" ilə müqavilə imzalamaşıdı.

Digər xəbərlər