"QƏBƏLƏ" ƏVVƏL, MTK SONRA

"QƏBƏLƏ" ƏVVƏL, MTK SONRA
Futbol
20 İyul 2016 - 00:51
İyulun 21-i UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda "Qəbələ" Macarıstanın MTK komandasını qəbul edəcək.

"Qəbələ" - MTK matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl - bu gün saat 19:30-da arenanın media zalında start götürəcək. İlk olaraq jurnalistlərin önünə "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq.

20:30-da isə MTK-nın çalışdırıcısı Vasilis Teodoru media nümayəndələrinin suallarını cavablandıracaq.

Komandaların oyunöncəsi son məşqi də 8-ci km  stadionunda baş tutacaq. "Qəbələ" saat 20:00-da, MTK isə 21:00-da hazırlığını tamamlayacaq.

Digər xəbərlər