"QƏBƏLƏ" - MTK: BİLETLƏR SATIŞDA

"QƏBƏLƏ" - MTK: BİLETLƏR SATIŞDA
Futbol
19 İyul 2016 - 05:20
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - MTK (Macarıstan) oyununun biletləri satışa çıxarılıb.

Biletləri 8-ci km stadionunun kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Qeyd edək ki, iyulun 21-də 8-ci km stadionunda keçiriləcək "Qəbələ" - MTK matçı saat 21:00-da başlayacaq.

Digər xəbərlər