EKSKLÜZİV: VÜQAR NADİROV YENİDƏN "QARABAĞ"DA!

EKSKLÜZİV: VÜQAR NADİROV YENİDƏN "QARABAĞ"DA!
Futbol, Eksklüziv
14 İyul 2016 - 12:30
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Qarabağ" təcrübəli futbolçu Vüqar Nadirovu yenidən heyətinə cəlb edib.

Bununla klub rəhbərliyi azarkeşlərini sevindirib. Fanatlar çoxdandır bu futbolçunu komandada görmək istəyirdilər. Hətta onlar bununla bağlı istəklərini rəhbərliyə, baş məşqçi Qurban Qurbanova çatdırmışdılar.

"Qarabağ" 29 yaşlı forvardla 1 illik müqavilə imzalayıb.

Xatırladaq ki, V.Nadirov ötən mövsüm "Qarabağ"dan ayrıldıqdan sonra "Xəzər Lənkəran"a keçmişdi. Lakin klubun transfer qadağası səbəbindən cənub təmsilçisində forma geyə bilməyən təcrübəli hücumçu, "Qəbələ"yə aparılmışdı. Burada şans verilməyən futbolçu komandadan ayrılmışdı. Vüqar 6 aylıq "İnter"lə müqavilə bağlamışdı.  

Digər xəbərlər