"QƏBƏLƏ"NİN RƏQİBİ "DİNAMO"NU DARMADAĞIN ETDİ

"QƏBƏLƏ"NİN RƏQİBİ "DİNAMO"NU DARMADAĞIN ETDİ
Futbol
23 İyun 2016 - 17:23
Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ”nin rəqibi "Samtredia" Sloveniya toplanışında ilk yoxlama oyununu keçirib.

Supersport.Az-ın məlumatına görə, Gürcüstan təmsilçisi Buxarest "Dinamo"su ilə qarşılaşıb.

Mariborda keçirilən oyunda "Samtredia" "Dinamo"ya dərs keçib - 5:1.

Qeyd edək ki, "Qəbələ”nin "Samtredia” ilə ilk görüşü iyunun 30-da Bakıda, cavab qarşılaşması isə 1 həftə sonra Zestafonidə keçiriləcək.

Digər xəbərlər