TÜRKİYƏ YIĞMASI GÖZ YAŞI TÖKDÜ, QALMAQAL OLDU

TÜRKİYƏ YIĞMASI GÖZ YAŞI TÖKDÜ, QALMAQAL OLDU
Futbol
23 İyun 2016 - 13:34
Supersport.Az-ın məlumatına görə, Fransada davam edən Avropa çempionatıyla vidalaşan Türkiyə yığması göz yaşlarına hakim ola bilməyib.

Dünən keçirilən oyunları oteldə böyük həyəcanla izləyən baş məşqçi Fatih Terim və futbolçular İrlandiyanın İtaliyaya 85-ci dəqiqədə vurduğu qoldan sonra şoka düşüb. Türkiyə mətbuatının yaydığı məlumata görə, məşqçilər və oyunçular bir-birinə sarılaraq ağlayıblar. Göz yaşı tökən "İmperator" futbolçularına, "Sizin canınız sağ olsun" deyib.

Ardından toplantıda ilk olaraq Burak Yılmaz danışıb. Mediada çıxan xəbərlərə etiraz edən Burak, "Ortada bir sıra çirkin iddia var. Ancaq kimsə bizi müdafiə etmir. Hamı futbolçuları günahlandırır" açıqlamasını verib. Ulduz futbolçunun bu sözlərini komanda yoldaşlarının əksəriyyəti dəstəkləyib.

TÜMƏR MƏTİNLƏ CANER ERKİN ARASINDA GƏRGİNLİK

Ardından Caner Erkin, texniki heyətə işarə vuraraq "Hər kəs bizə arxa çevirdi" deyib. Bu zaman Fatih Terimin komandasında yer alan məşqçi Tümər Mətinin "Əslində bəziləriniz komandaya arxa çevirdiniz" cavabından sonra tərəflər arasında söz atışması olub.

Baş məşqçi Fatim Terim gərginliyi aradan qaldırıb. Bundan sonra Hakan Çalhanoğlu və Oğuzhan Özyakup arasında "pas vermir" mübahisəsi başlayıb. Bir neçə futbolçunun da bu müzakirəyə qoşulması vəziyyəti gərginləşdirib.

ARDA VƏ BURAK GÖZ YAŞLARINA HAKİM OLA BİLMƏDİ

Terim toplantının sonunda Arda Turana dönərək "Bəli kapitan söz səndə. Anlat baxaq" ifadəsini işlədib.

Özünün tənqid olunmasından daha çox sosial şəbəkədə ailəsinin təhqir olunmasından inciyən ulduz futbolçu, fikrinin sonunda göz yaşlarını saxlaya bilməyib.

Arda ilə birlikdə, şəxsi həyatında problemlər yaşayan Burak Yılmazın da ağladığı müşahidə edilib.

Son sözü Terim deyib: "Biz bura gələnə qədər çox əziyyətlər çəkdik. Burada da sıxıntımız davam etdi".

Qeyd edək ki, Avropa çempionatının final raunduna dörd dəfə qatılan Türkiyə yığması, iki dəfə qrup mərhələsində vidalaşıb.

Digər xəbərlər