BOKSÇULARIMIZDAN LİSENZİYA ÜÇÜN UĞURLU ÇIXIŞ

BOKSÇULARIMIZDAN LİSENZİYA ÜÇÜN UĞURLU ÇIXIŞ
Digər, Boks
22 İyun 2016 - 12:57
Bakıda boksçuların Rio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya təsnifat turniri davam edir. Yarışda 39 lisenziya uğrunda 105 ölkədən 469 kişi idmançının mübarizə aparır.

Supersport.Az-ın məlumatına görə, Teymur Məmmədov 1/8 finalda gürcüstanlı Laqo Kiziriyanı mübarizədən kənarlaşdırıb.

Rüfət Hüseynov (49 kq) 1/4 finalda mərakeşlı Zuhir əl-Bekkalini məğlub edib. Kamran Şahsuvarlı (75 kq) bu mərhələdə venesuelalı Xose Qonsales Mendesə qalib gəlib.

Turnirdə 75 və 81 kq-larda olimpiadaya vəsiqəni ilk 5 yeri tutan idmançılar qazanacaqlar.

49 kq çəkidə isə Rioya finalçılar yollana biləcəklər. Azərbaycanın hər 3 boksçusu lisenziya qazana bilsə, kişilərdən ibarət milli komanda olimpiadaya tam heyətlə qatılacaq.

 

Digər xəbərlər