ÇEMPİONLAR LİQASI: "QARABAĞ"IN RƏQİBİ MƏLUM OLDU

ÇEMPİONLAR LİQASI: "QARABAĞ"IN RƏQİBİ MƏLUM OLDU
Futbol
20 İyun 2016 - 14:10



Supersport.Az-ın məlumatına görə, bu gün UEFA Çempionlar Liqasında 2016/17 mövsümünün ilk püşkatma mərasimi keçirilir.

Qitənin ən nüfuzlu klub turnirində ardıcıl 3-cü mövsüm ölkəmizi təmsil edəcək "Qarabağ"ın rəqibi müəyyənləşib.

İsveçrənin Nyon şəhərində baş tutacaq tədbir Bakı vaxtıilə saat 14:00-da başlayıb. Təmsilçimiz daha əvvəllər olduğu kimi birbaşa II təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

"Qarabağ"a Lüksembur təmsilçisi “F91 Düdelanj” rəqib olub.

Çempionlar Liqasında komandamızın iştirak edəcəyi II təsnifat mərhələsinin matçları iyulun 12-13-də, cavab matçları isə 19-20-də keçiriləcək.

 


Digər xəbərlər