"PREMYER LİQADA 8 KLUBUN QALMASI TƏƏSSÜFLƏNDİRİCİDİR"

"PREMYER LİQADA 8 KLUBUN QALMASI TƏƏSSÜFLƏNDİRİCİDİR"
Futbol
09 İyun 2016 - 17:50
"Mart ayında legioner rüsumunun azaldılmasına dair tövsiyə xarakterli qərarımız AFFA İcraiyyə Komitəsində qəbul olunmamışdı. Bu gün isə demək olar ki, müzakirələrimiz bu məsələ ətrafında oldu”.


Supersport.Az-ın məlumatına görə, jurnalistlərə açıqlamasında AFFA Klublar Komitəsinin sədri Fikrət Hüseynov bu gün baş tutan iclasdan sonra belə deyib.


O bildirib ki, iclasda klublar adından PFL-in prezidenti Ramin Musayevdən xahiş edilib ki, bu məsələni İcariyyə Komitəsində bir daha da gündəmə gətirsin:


"Biz istəmirik ki, rüsum yığışdırılsın. Amma azaldılmalıdır. Bu məsələ İcraiyyə Komitəsində müzakirə ediləcək. Legioner rüsumunun 5000 manata endirilməsini təklif etmişik".


Fikrət Hüseynov Azərbaycan futbolunun çətin vəziyyətə düşdüyünü söyləyib: "Bütün klubların vəziyyəti pisdir deməzdim, amma zəifləyiblər. 3-4 il əvvəl hər şey qaydasında idi. Legioner rüsumu ilə bağlı heç bir problem olmurdu.  İndi isə hər şey göz qabağındadır”.


Sədrin sözlərinə görə, iclas "Rəvan” və "Xəzər Lənkəran” üçün sonuncu olub: "Rəvan” və "Xəzər Lənkəran” klublarının təkliflərini dinlədik, müzakirə apardıq və onlarla sağollaşdıq".


Premyer Liqada 8 komandanın qalmasının təəssüfləndirici olduğunu deyən sədr, növbəti mövsümə bu qədər klubla başlayacaqları halda, qitədə 4-cü ölkə olacaqlarını da xatırladıb.

Digər xəbərlər