BURAK YILMAZDAN TARİXİ QOL

BURAK YILMAZDAN TARİXİ QOL
Futbol
06 İyun 2016 - 03:17
Supersport.Az-ın məlumatına görə, Sloveniya yoldaşlıq oyununda Türkiyə yığmasının əsas silahı Burak Yılmaz tarixi qola imza atıb.

Mövsümün əvvəlində Çini "Beyinq Quoan" klubuna transfer olan futbolçu, ölkəsinin yığmasının start heyətinin son dəfə ötən ilin 6 sentyabrında Niderlandla qarşılaşmada olmuşdu.

Doqquz ay sonra yenidən qol vuran Burak, milli komandasının tarixinə düşüb.

Sloveniyanın qapısına yol tapmaqla qolların sayını 20-yə çatdıran Burak Yılmaz, Metin Oktay, Cemil Turan və Nihat Kahvecini geridə buraxıb. Burak yığma tarixində ən məhsuldar futbolçuların siyahısında 4-cü pilləyə yüksəlib. Bir qol vuracağı təqdirdə, o, Lefter Küçükandonyadisə çatacaq.

Türkiyə yığmasında ən çox qol vuran futbolçular:

Hakan Şükür 51

Tuncay Şanlı 22

Lefter Küçükandonyadis 21

Burak Yılmaz 20

Metin Oktay 19

Cemil Turan 19

Nihat Kahveci 19

Arda Turan 17

Digər xəbərlər