ZİDAN: "QƏLƏBƏ TORTUN KREMİ OLACAQ"

ZİDAN: "QƏLƏBƏ TORTUN KREMİ OLACAQ"
Futbol
28 May 2016 - 14:36
"RONALDO TAM HAZIRDIR"

Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının finalında "Atletiko" ilə oyun ərəfəsində "Real Madrid"in baş məşqçisi Zinəddin Zidan iddialı açıqlama verib.

Mütəxəssis qarşılaşmaya yaxşı hazırlaşdıqlarını, komandasının oyununun nəticəni müəyyənləşdirəcəyini bildirib.

"Finala yaxşı hazırlaşdığımıza təminat verirəm. Nəticəni bizim bu matça yanaşmağımız müəyyən edəcək. Əksər oyunçularımızda qələbə istəyinin hansı səviyyədə olduğunu hiss edirəm".

Zidan hesab edir ki, müdafiəyə xüsusi diqqət yetirməlidirlər:

"Çox çətin oyun olacaq. Bu normaldır, çünki final qarşılaşmasıdır. Qələbə qazanmaq üçün gərgin anlardan keçmək lazımdır. Hücum üçün yaxşı silahlarımız var. Ancaq çalışmalıyıq, çalışmalıyıq, çalışmalıyıq".

O, "Məşqçi kimi, yoxsa futbolçu olaraq finalda iştirak asandır" sualına, "Mən təzyiqi sevirəm. Ancaq məşqçi olaraq bunu hiss etmək daha fərqlidir" cavabını verib.

Həyəcanlı olduğunu deyən mütəxəssis, qazanılacaq qələbəni tortun üzrərində kremə bənzədib.

Zidan, Kriştiano Ronaldo haqda danışıb: "Ronaldo, 100 faiz hazırdır. Kiçik problem olsa da, finalda bunu unudacaq".

Qeyd edək ki, Çempionlar Liqasında 14-cü dəfə final oyununa çıxacaq "Real Madrid", bu yarışın 10 qat qalibi kimi kuboku ən çox muzeyinə aparan klubdur.

Digər xəbərlər