"QARABAĞ" İSVEÇLİ HÜCUMÇUYLA VİDALAŞDI

"QARABAĞ" İSVEÇLİ HÜCUMÇUYLA VİDALAŞDI
Futbol
23 May 2016 - 22:43
Supersport.Az-ın məlumatına görə, "Qarabağ" Samuel Armenterosla yollarını ayırıb.

Bu barədə futbolçu öz "twitter" hesabında məlumat verib.

İsveçli hücumçu artıq azad agent statusu daşıdığını qeyd edib.

Qeyd edək ki, Armenteros "Qarabağ"a 2015/2016-cı il mövsümünün əvvəlində transfer olunmuşdu. O, Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 23 matçda 7 dəfə fərqlənib.

Digər xəbərlər