TÜRKİYƏ ARZUOLUNMAZ RƏQİBƏ YENƏ UDUZDU

TÜRKİYƏ ARZUOLUNMAZ RƏQİBƏ YENƏ UDUZDU
Futbol
23 May 2016 - 00:28
Supersport.Az-ın məlumatına görə, Avropa çempionatının final mərhələsinə hazırlaşan Türkiyə milli komandası səfərdə İngiltərənin qonağı olub.

"City of Manchester"də keçirilən oyunda meydan sahibləri qələbə qazanıb.

İngiltərədən Harri Kanenin üçüncü dəqiqədə vurduğu qola Türkiyənin aparıcı futbolçusu Hakan Çalhanoğlu cavab verib. Ancaq qarşılaşmaın başa çatmasına 7 dəqiqə qalmış Ceym Vardi komandasına qələbə qazandırıb.

Qəribədir ki, Türkiyə tarixində heç vaxt İngiltərəni məğlub edə bilməyib və yalnız bir dəfə rəqibin qapısına yol tapa bilib. İndiyə qədər bu komandaların 11 görüşündə türklər 9 dəfə uduzub, 2 oyunda heç-heçəyə nail olub.

Türkiyənin 13 qarşılaşma məğlubedilməzlik seriyası başa çatıb. Bu oyuna qədər 13 rəsmi, yoxlama oyununda 10 qələbə, 3 bərabərlik qeydə alınmışdı. Ən son dəfə məğlubiyyəti 2014-cü il 12 noyabrında Braziliyadan alan ay-ulduzlular, 557 gün sonra uğursuzluqla üzləşib.

Mayın 29-da Türkiyə Monteneqro ilə yoldaşlıq oyunu keçirəcək.

 

Digər xəbərlər