RESPUBLİKA VELOTREKİNDƏ GÖRÜŞ

RESPUBLİKA VELOTREKİNDƏ GÖRÜŞ
Digər, Velosiped
17 May 2016 - 23:26


Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbər heyəti arasında Respublika Velotrekində görüş keçirilib. Görüş zamanı federasiya ilə ali təhsil ocağı arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Supersport.Az saytının məlumatına görə, akademiyanın Tədris və Elmi İşlər üzrə prorektoru Təhminə Tağızadə və Beynəlxalq Əlaqələr üzrə müşaviri Şəmsiyyə Mustafayeva təhsil müəssisəsinin rektoru Fuad Hacıyevin tapşırığı əsasında ixtisaslı kadrların yetişdirilməsi üçün idman federasiyaları ilə əməkdaşlıq prosesinə start verildiyini bildiriblər. Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov görüləcək işlərin böyük səmərə verəcəyini deyib və qonaqları yenidən qurulmuş Respublika Velotrekində idmançılar üçün yaradılan şəraitlə tanış edib.

Digər xəbərlər