AZƏRBAYCAN AVROPA OLİMPİYA KOMİTƏSİNİN İCLASINDA TƏMSİL OLUNACAQ

AZƏRBAYCAN AVROPA OLİMPİYA KOMİTƏSİNİN İCLASINDA TƏMSİL OLUNACAQ
Olimpiya, Digər
17 May 2016 - 22:49
Mayın 18-dən 21-dək İspaniyanın Tarraqona şəhərində Avropa Olimpiya Komitəsi (AOK) İcraiyyə Komitəsinin iclası və 37-ci seminarı keçiriləcək.

Supersport.Az xəbər verir ki, tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov iştirak edəcəklər.

AOK-un İcraiyyə Şurasının üzvü olan Çingiz Hüseynzadə mayın 19-da şuranın iclasına qatılacaq. Mayın 20-21-də isə AOK seminarı çərçivəsində Olimpiya Oyunları və yeniyetmələr arasında Olimpiada haqqında hesabat çıxışları təqdim ediləcək. Həmçinin 2018-ci il Pyonçanq Qış Olimpiya Oyunlarının Təşkilat komitələrinin hesabatı dinləniləcək. Tədbirdə “Rio-2016” Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin hazırlıq prosesi, qeydiyyat, Olimpiya kəndi və açılış mərasimi müzakirə olunacaq.

Avropa Olimpiya Komitəsinin 38-ci seminarının keçiriləcəyi ölkənin adı tədbirdə açıqlanacaq.

Digər xəbərlər