"REAL MADRİD"Ə İKİ ZƏRBƏ

"REAL MADRİD"Ə İKİ ZƏRBƏ
Futbol
07 May 2016 - 13:47
Supersport.Az-ın məlumatına görə, İspaniya La Liqasının başa çatmasına iki tur qalmış "Valensiya"nı qəbul edəcək "Real Madrid" ciddi itki ilə üzləşib.

Komandanın qolkiperi Keylor Navas və yarımmüdafiəçi Qaret Beyl zədəli olduğundan qarşılaşmanı buraxacaq.

"Real Madrid"in uelsli futbolçusu "Mançester Siti" ilə oyunda sağ dizindən xəsarət almışdı.

Beylin mayın 28-də keçiriləcək Çempionlar Liqasının finalında "Atletiko" Madrid klubuna qarşı oyun ərəfəsində riskə atılmamaq üçün düşünüldüyü bildirilir.

Keylor Navas sol ayağından zədəlidir.

Kasemiro və Benzema isə sağalıb.

Qeyd edək ki, La Liqanın 37-ci turunu bütün oyunları bazar günü Bakı vaxtıilə saat 19:00-da başlanacaq. Çempionatın lideri "Barselona" "Espanyol"u qəbul edəcək. İkinci pillədə olan "Atletiko" Madrid klubu səfərdə "Levante", bir pillə geridə qalan "Real Madrid" isə "Valensiya" ilə qarşılaşacaq.

Digər xəbərlər