"TRAKTOR SAZİ" UDUZDU - VİDEO

"TRAKTOR SAZİ" UDUZDU - VİDEO
Futbol, Video
04 May 2016 - 07:04


Asiya Çempionlar Liqasında qrup mərhələsinin son turunun oyunları keçirilib.

Supersport.Az-ın məlumatına görə, Cənubi Azərbaycanın "Traktor Sazi" klubu evdə Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Hilal"ı qəbul edib.

Artıq qrup liderliyini təmin edən "Traktor Sazi" üçün bu görüş formal xarakter daşıyıb. Bu oyunda Təbriz təmsilçisi 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, "Traktor Sazi" 12 xalla turnir cədvəlinin 1-ci pillədə başa vurub. "Əl Hilal" isə  qrup mərhələsini 11 xalla ikinci pillədə yer alıb. Hər iki komanda növbəti mərhələyə yüksəlib.

3 may

Asiya Çempionlar Liqası, qrup mərhələsində 6-cı tur

18:30. "Traktor Sazi" - "Əl Hilal" - 1:2
Qollar:  
Salem Al-Davsati, 16 (0:1), Aloys Nong, 48 (1:1), Ailton, 72 (1:2)

Digər xəbərlər