QURBAN QURBANOV: "QARABAĞ"IN "BEŞİKTAŞ"LA QARŞILAŞMASINI İSTƏRDİM" - VİDEO

QURBAN QURBANOV: "QARABAĞ"IN "BEŞİKTAŞ"LA QARŞILAŞMASINI İSTƏRDİM" - VİDEO
Futbol, Video
02 May 2016 - 12:31
"BU UĞUR BİZİ ÇAŞDIRMAMALIDIR"

"İMKAN VERMİRSİNİZ, ANAMLA DANIŞIM"


Supersport.Az "Zirə"ni məğlub edərək tarixində dördüncü çempionluğunu qazanan "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun maraqlı fikirlərinin videogörüntüsünü təqdim edir.

"Çempionluğu qarabağlılara həsr edirik. Onlar bizdən daha çox uğur gözləyir, bəlkə də bizdən çox sevinirlər” - deyə, ardıcıl üç dəfə komandasına çempionluq yaşadan mütəxəssis bildirib.

Jurnalistlərin çoxsaylı sorğu-sualı ilə qarşılaşan Qurban Qurbanov, zarafatca “İmkan vermirsiniz, anamla danışım”, deyib.

"Bu uğur bizi çaşdırmamalıdır" deyən təcrübəli mütəxəssis, bütün yarışlara ciddi hazırlaşmağın vacibliyini qeyd edib:

"Uğurlar əldə etdikcə, məsuliyyət, tələblər daha da artır. Bu uğur bizi çaşdırmamılıdır. Çempionlar Liqasının qrupuna düşmək istəyirik. Ancaq futbolda bəzən istədiklərini olmur. Məqsədimiz odur ki,"Qarabağ" adı Avropada daha yaxşı tanınsın. Bunun üçün bütün varlığımızı sərf edəcəyik”.

"Qarabağ"ın baş məşqçisi Avropa yarışında "Beşiktaş"la qarşılaşmaq istədiklərini bildirib.

 

Digər xəbərlər