BAKI VƏ QƏBƏLƏDƏ SÜLH, "QARABAĞ" 4-CÜ DƏFƏ ÇEMPİON OLDU

BAKI VƏ QƏBƏLƏDƏ SÜLH, "QARABAĞ" 4-CÜ DƏFƏ ÇEMPİON OLDU
Futbol
01 May 2016 - 20:54
Bu gün Azərbaycan Premyer Liqasında 32-ci tura yekun vurulub.

Supersport.Az-ın məlumatına görə, son oyun günündə üç oyun keçirilib.

Lider "Qarabağ" 12 xal irəlidə olduğu ikinci pillənin sahibi "Zirə"nin qonağı olub. Bu matçda Ağdam təmsilçisi qələbə qazanaraq, sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Bu oyundan əvvəl "İnter" "Sumqayıt"ı məğlub edə bilməyib.

Bir neçə gün öncə Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində üz-üzə gələn və qalmaqallı matçın (1:1) iştirakçısı olan "Qəbələ" ilə "Neftçi" qısa müddətdə ikinci dəfə görüşüb. Qəbələdə qalib müəyyənləşməyib.

Azərbaycan Premyer Liqası

32-ci tur

1 may (bazar)

16:00. "İnter" - "Sumqayıt" 2-2 

Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, İsgəndər Əliyev, Fariz Yusifov.
Bakı. “İnter Arena”.

16:30. "Qəbələ" - "Neftçi" 2-2 

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Munis Abdullayev, Ramil Əhmədov.
Qəbələ şəhər stadionu.

19:00. "Zirə" - "Qarabağ" 0-2 

Qol: Dani Kintana 28, Reynaldo 74

Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Mehman Mahmudov, Fərid Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.

 


















































































































NKlublarOQHMT-FX
1Qarabağ32236359-1975
2Zirə32179639-2460
3Kəpəz321410842-3552
4Qəbələ321311838-2650
5İnter321311830-2350
6AZAL321361324-2945
7Neftçi3210101231-3540
8Sumqayıt326121434-4530
9Xəzər Lənkəran32352412-4214
10Rəvan32482022-5314


Nelson Bonilla ("Zirə") - 14 qol



Dani ("Qarabağ") - 12 qol


Ruslan Qurbanov ("Neftçi") -10 qol


Riçard Almeyda ("Qarabağ") - 9 qol


Qeyd: FIFA İntizam Komitəsinin müraciəti əsasında 26.01.2016 tarixdə "Rəvan" klubunun aktivindən 6 xal silinib.


Digər xəbərlər