"İNTER" UEFA-DAN CAS-A ŞİKAYƏT ETDİ

"İNTER" UEFA-DAN CAS-A ŞİKAYƏT ETDİ
Futbol
27 Aprel 2016 - 16:21
Məlum olduğu kimi, 30 mart 2016-cı il tarixdə UEFA CFCB-nin İstintaq Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarını qüvvədə saxlayaraq, “İnter”PİK-i növbəti üç avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində (ölkədaxili futbol mövsümünün yekun nəticələrinə görə avrokubok oyunlarına vəsiqə qazanacağı halda) iştirak hüququndan məhrum etmişdi. Bu qərara əsasən “İnter”PİK-ə apellyasiya üçün 10 gün ərzində İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququ verilmişdi.


Klubun mənafeyini qoruyan hüquq şirkəti işlə bağlı zəruri sənədləri toplayaraq, 26.04.2016-cl il tarixdə CAS-a müraciət edib. Məhkəmənin keçirilməsi barədə tarix müəyyən edildikdən sonra rəsmi məlumat veriləcək.

Digər xəbərlər