AZƏRBAYCANI 500 MİLYON TAMAŞAÇI İZLƏYƏCƏK

AZƏRBAYCANI 500 MİLYON TAMAŞAÇI İZLƏYƏCƏK
Digər, Formula-1
26 Aprel 2016 - 22:56
BAKI "FORMULA-1"Ə HAZIRLAŞIR

Supersport.Az-ın məlumatına görə, "Formula-1"in Dünya çempionatı təqviminə ilk dəfə daxil edilən Azərbaycan Avropa Qran Prisinə ciddi hazırlaşır.

Yarışın startına iki aydan az müddət qalıb, hazırlıq bütün sürətiylə davam edir. Asfalt çalışmalarının 90 faizi tamamlanıb.

Azərbaycanın 17-19 iyun tarixlərində ilk dəfə ev sahibliyi edəcəyi yarış ərəfəsində Bakı küçələrində yaşıllaşdırma işləri davam etdirilir, asfalt yollar yenilənir.

Paytaxtın məşhur Azadlıq Meydanında isə 300 metrlik "pit stop" sahəsi inşa edilir.

"Formula-1"in azərbaycanlı təşkilatçısı, "Baku City Circuit" ("Bakı Şəhər Halqası") Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai, AA müxbirinə, hazırlığın son vəziyyəti haqda maraqlı məlumat verib.

O, bildirib ki, işlər plana uyğun davam edir və heç bir problem yoxdur. Beynəlxalq Avtomobil Federasiyası (FIA) standartlarına uyğun asfalt işləri aparıldığını deyən Arpadarai, "Asfalt işlərinin 90 faizi tamamlanıb. May sonunda baryer və tribuna işləri başlayacaq", deyib.

5000 KÖNÜLLÜ, 1300 PİST İŞÇİSİ

Yarışda 5 min könüllü ilə yanaşı, mini azərbaycanlı olmaqla 1300 pist işçisinin çalışacağını deyən müdir, onların təlimatlandırılmasının davam etdiyini bildirib.

Biletlərin 2015-ci dekabrından satışa çıxarıldığını xatırladan Arpadarai endirim olacağını diqqətə çatdırıb.

"30 min oturacaqlı, 10 min ayaqüstü yerlər üçün bilet satılması gözlənilir. Azərbaycan vətəndaşlarına 20-40 faiz arasında endirim olacaq".

Üç gün yarış müddətində məşhur müğənnilər konsert verəcək. İspan Enrike İqlesias, amerikalı Farrel Uilyams və Kris Braun Bakıya gələcək.

İçərişəhər və Qız Qalası yaxınlığında təşkil olunacaq yarışda bu məkanların zərər görməməsi üçün ciddi təhlükəsizlik tədbirləri görüləcək.

"AZƏRBAYCAN ÇOX ŞEY QAZANACAQ"

"Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin rəsmisinin fikrincə, yarış ölkənin təbliğ olunması üçün mühüm əhəmiyyət kəsb edir:

"Formula-1" Azərbaycana çox şey qazandıracaq. Yarış 187 ölkədə canlı yayımlanacaq və ildə 500 milyon tamaşaçı tərəfindən izlənilir. Xarici kanallarda ölkənin təbliği üçün milyonlarla pul xərcləmək lazımdır. İndi isə bir çox ölkələrin televiziya kanallarında Bakını canlı göstərəcəklər. "Formula-1"in böyük azarkeş ordusu var. Yarış həftəsi bütün xidmət sahələrində böyük canlanma və iqtisadiyyatımıza böyük fayda olacaq".

340 KM SÜRƏTLƏ

Azərbaycan Qran Prisinin startı, Azadlıq Meydanında veriləcək. Xəzər dənizinin sahilindəki küçələrdən keçəcək avtomobillər, tarixi İçərişəhərin ətrafında dövrə vuracaq və yenə Azadlıq Meydanındakı finiş xəttinə çatacaq.

Təxminən 6 kilometr məsafə qət edəcək F1 avtomobilləri, saatda ortalama 208 kilometr sürətlə hərəkət edəcək. Maksimum sürət 340 kilometrə çatacaq. Pilotlar, 20 çətin döngə olmaqla 51 dövrə vuracaq.

"Formula-1" yarışının keçirilməsi üçün 10 illik müqaviləsi olan Azərbaycan, ilk 5 mövsüm Dünya çempionatı təqvimində yer alacaq.

Digər xəbərlər