50-Cİ UĞURSUZ SƏFƏR

50-Cİ UĞURSUZ SƏFƏR
Futbol
18 Aprel 2016 - 18:40
Azərbaycan Premyer Liqasının XXX turunun AZAL-la qarşılaşması "Sumqayıt" üçün yubiley məğlubiyyəti ilə yadda qalıb. "Gənclik şəhəri" təmsilçisi səfərdə 50-ci dəfə uduzub. Premyer Liqada çıxış etdiyi müddətdə rəqib meydanında keçirdiyi 81-ci matçda qeydə alınan 0:1 hesablı məğlubiyyət yubiley uğursuzluğu kimi tarixə düşüb. İndiyədək səfərdə 9 qələbə qazanan "Sumqayıt" 10-cu, yubiley uğurunu bu dəfə də qazana bilməyib. Doğma arenadan kənarda 22 heç-heçəsi olan sumqayıtlılar rəqib meydanlarında 69 qol vurub, 153-nü buraxıb.

Digər xəbərlər