QILINCOYNATMA ÜZRƏ İLK OLİMPİYA LİSENZİYASI

QILINCOYNATMA ÜZRƏ İLK OLİMPİYA LİSENZİYASI
Digər, Qılıncoynatma
17 Aprel 2016 - 21:52
Azərbaycan qılıncoynadanı Sabina Mikina 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Supersport.Az xəbər verir ki, 29 yaşlı sablyaçı bu nailiyyətə Çexiyanın paytaxtı Praqada keçirilən Avropa Təsnifat Turnirində imza atıb.

Mikina ardıcıl olaraq Katerin Kempi (Böyük Britaniya) 15:9, Anna Limbaxı (Almaniya) 15:8 və Palina Kaspyaroviçi (Bolqarıstan) 15:11 hesabı ilə yenərək, yarışın qalibi olub. O, turnirin qalibi üçün nəzərdə tutulan lisenziyaya sahib çıxıb. Bu, Azərbaycanın qılıncoynatmada ilk, ümumilikdə isə 42-ci lisenziyası olub.

 

Digər xəbərlər