ETO'ODAN ŞOK ETİRAF: "QALATASARAY"A QOLU ƏLLƏ VURDUM"

ETO'ODAN ŞOK ETİRAF: "QALATASARAY"A QOLU ƏLLƏ VURDUM"
Maqazin, Futbol, Digər, Eksklüziv, Video, Foto
17 Aprel 2016 - 15:41
Supersport.Az-ın məlumatına görə, "Qalatasaray"ı məğlub etməkdə böyük rolu olan "Antalyaspor"un əsas silahı Samuel Eto'o şok açıqlama verib.

Təcrübəli futbolcu, rəqibin qapısına vurduğu ikinci qolu əllə vurduğunu etiraf edib. Eto'o bu zaman "Qalatasaray"lıların sərt reaksiyası ilə üzləşib.

Oyundan sonra kamerunlu ulduz paltardəyişmə otağında komanda yoldaşları ilə söhbətdə, "Qol vuran zaman top əlimə dəymişdi, ancaq demədim. "Qalatasaray"lı oyunçular, mənə qarşı qırmızı vərəqəlik hərəkət zamanı və penaltilik olan epizodu da hakimə söylədilərmi?" deyib.

"Antalyaspor"un ulduzu Samuel Eto'o "Qalatasaray"a iki qol vurub, bir effektli ötürmə verib. Futbolçu, rəqib komandaya qarşı start heyətdə oynadığı üçüncü matçda qollarının sayını dördə çatdırıb.

Kamerunlu hücumcu 19 qol, 6 effektli ötürməylə Türkiyə Superliqasının bombardiridir.

Digər xəbərlər