İKİQAT DÜNYA ÇEMPİONUMUZ 39-CU LİSENZİYANI QAZANDIRDI

İKİQAT DÜNYA ÇEMPİONUMUZ 39-CU LİSENZİYANI QAZANDIRDI
Olimpiya
16 Aprel 2016 - 08:08
Türkiyənin Samsun şəhərində təşkiil olunan Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Avropa təsnifat turnirində boksçularımız uğurlu çıxışını davam etdirir. Yarışa 38 ölkədən 300 idmançı qatılıb.

Doxsan bir kiloqramdan yuxarı çəki dərəcəsində isə ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov türkiyəli Ali Eren Dəmirəzən ilə döyüşüb.

Supersport.Az-ın məlumatına görə, milli komandanın üzvü 3:0 hesablı qələbə qazanıb. Xatırladaq ki, A.Dəmirəzən "Bakı-2015"də dörddəbirfinalda məhz M.Məcidov ilə qarşılaşmışdı. Azərbaycan təmsilçisi qalib gəlsə də, zədələndiyi üçün yarımfinal görüşünü buraxmalı olmuşdu.

İkiqat dünya çempionumuz ilk "üçlüy"ü təmin etdiyi üçün "Rio-2016"da iştirak hüququnu əldə edib. Məcidovun finalındakı rəqibi böyük britaniyalı Jozef Joys olacaq. Bununla da Azərbaycan idmançılarının olimpiadaya qazandıqları lisenziyaların sayı 39-a çatıb.

Qeyd edək ki, daha üç lisenziyanı Yana Alekseyevna (51 kq), Cavid Çələbiyev (56 kq) və Lorentso Sotomayor (64 kq) qazanıb. Abdulqadir Abdullayev (91 kq) isə vəsiqə əldə etmək üçün aprelin 16-da 3-cü yer uğrunda görüşdə Ukraynanı təmsil edən erməni Gevorq Manukyanı yenməlidir. Ötənilki dünya çempionatında Azərbaycanın 3 boksçusu - Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq) və Pərviz Bağırov (69 kq) "Rio-2016"ya lisenziya qazanıb.

Digər xəbərlər