ELMİR VƏLİYEV "KƏPƏZ" FUTBOLÇULARI İLƏ GÖRÜŞDÜ

ELMİR VƏLİYEV "KƏPƏZ" FUTBOLÇULARI İLƏ GÖRÜŞDÜ
Futbol
02 Aprel 2016 - 09:26
“Kəpəz” PFK-nın Müşahidə Şurasının (MŞ) sədri Elmir Vəliyev və qurumun üzvü  Mikayıl Nərimanoğlu AZAL-la oyunun hazırlığını Bakıda davam etdirən komandanın düşərgəsində olub.

Klub rəhbərliyi “sarı-göylər”in məşq prosesini izləyib, məşqçilər korpusu və futbolçularla görüşüb.

Supersport.Az xəbər verir ki, Elmir Vəliyev komanda üzvlərini sonuncu turda “Zirə” üzərində qazanılan qələbə münasibəti ilə təbrik edib. MŞ-nın sədri “Kəpəz”in çempionatda ardıcıl dördüncü qələbəsini qazanmaqla Avropa Liqasına vəsiqə əldə etməyə yaxınlaşdığını bildirib. Vəliyev bu yolda kluba uğurlar arzulayıb.
Mikayıl Nərimanoğlu isə qazanılan qələbələrdə azarkeşlərin rolundan danışaraq komandaya fanatlar tərəfindən göstərilən böyük dəstəkdən bəhs edib.

Digər xəbərlər